Dünya · Globalinfo.az

Putinin keçmiş kanslerlə fotosu haqda yeni detal üzə çıxdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putinin keçmiş kanslerlə fotosu haqda yeni detal üzə çıxdı xəbəri üçün şəkil

“Rusiya Prezidenti Vladimir Putin və Almaniyanın keçmiş kansleri Gerhard Şröderin birlikdə foto çəkdirdikləri rus sobası Rusiya liderinin iqamətgahında yerləşir”.

Globalinfo.az xəbər verir ki,  bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Rossiya” telekanalının jurnalisti Pavel Zarubinə açıqlamasında bildirib.

Jurnalistin fotonun harada çəkildiyi ilə bağlı sualını cavablandıran Peskov deyib: “Rus sobası Rusiya Federasiyası Prezidentinin iqamətgahındadır”.

Peskov Rusiya liderinin iqamətgahının konkret olaraq harada yerləşdiyini açıqlamayıb.

Bununla belə, söhbətin Moskva vilayətinin Odintsovo şəhər dairəsində, Rublyovo-Uspensk şosesində, Moskva şəhər mərkəzindən təxminən 20 kilometr qərbdə, Moskva çayının sol sahilində yerləşən dövlət iqamətgahından getdiyi ehtimal olunur.

Qeyd edək ki, oktyabrın 9-da Kreml Putinin və Şröderin rus sobasının qarşısında əl sıxarkən çəkilmiş fotosunu yayımlayıb. Şəkildən görünür ki, otaq qədim rus evlərinin üslubunda bəzədilib.

Məlum olub ki, Putin Almaniyanın keçmiş kanslerini doğum günü münasibətilə qəbul edib. Rusiya lideri Şröderin Almaniyanın “Globus” şirkətinin işləri ilə əlaqədar Moskvaya gəldiyini öyrəndikdən sonra onu görüşə dəvət edib.

Günay Rəsulqızı
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑