Dünya · Xəzər Xəbər

Hörmüz boğazında neft tankeri minaya düşüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüz boğazında neft tankeri minaya düşüb xəbəri üçün şəkil

Hörmüz boğazında neft tankerinin dəniz minasına düşməsi nəticəsində ölənlər var. Hadisədən sonra gəmidə yanğın baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasına istinadla “Fars” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, tanker Hörmüz boğazından keçərkən avtomatik identifikasiya sistemini söndürüb və bununla da İranın tranzit qaydalarını pozub.

İran mediası daha əvvəl də Hörmüz boğazının cənub hissəsində tankerin minaya düşməsi ilə bağlı hadisə barədə məlumat yayıb.

SEPAH naviqasiya və identifikasiya sistemlərini söndürən gəmilərə qarşı sərt tədbirlərin görülə biləcəyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑