Dünya · Bizim.Media

Tramp: “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır” – VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır” – VİDEO xəbəri üçün şəkil

“Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Kanzasda keçiriləcək seçki mitinqinə yola düşməzdən əvvəl Ağ Evin həyətində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp Ukrayna liderinin müharibəni dayandırmaqda maraqlı olmadığını və danışıqlar prosesinə mane olduğunu bildirib.

Zelenskinin ABŞ administrasiyasını tənqid edən bəyanatlarına cavab verən Tramp Ukrayna Prezidentinin reallıqdan uzaq olduğunu vurğulayıb: “Zelenski nə dediyini bilmir. O, bu müharibəni çoxdan həll etməli idi. Əgər vaxtında məni dinləsəydi, çoxdan daha əlverişli şərtlərlə razılaşma əldə olunardı və onun tərəfindən həyatını itirən bir milyon insan hələ də sağ qalardı.

Ukrayna bu müharibədə dəhşətli dərəcədə insan itirib, ölkənin kişi əhalisi, demək olar ki, tükənib. Düşünürəm ki, artıq Ukrayna adından danışıqlara rəhbərlik etmək üçün başqa birinin təyin olunmasının vaxtı çatıb”.

Bizim.Media  

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑