Dünya · Yeni Sabah

Netanyahunun əsas rəqibi namizəd olmayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Netanyahunun əsas rəqibi namizəd olmayacaq xəbəri üçün şəkil

İsrailin keçmiş müdafiə naziri və "Mavi və Ağ" ("Blue and White") partiyasının sədri Benni Qants oktyabrın 27-nə təyin edilmiş parlament seçkilərində iştirak etməyəcəyini bəyan edib.

“Yeni Sabah” xəbər verir ki, siyasətçinin bu gözlənilməz gedişi ilə partiyasının da seçki yarışındakı iştirakına rəsmən son qoyulub.

Qants verdiyi açıqlamada mübarizəsini fərqli müstəvidə davam etdirəcəyini vurğulayıb: pizza mizza

"Mən qarşıdan gələn seçkilərdə namizəd olmayacağam. Birlik uğrunda mübarizəmi davam etdirəcəyəm."

Rəy sorğularında "Mavi və Ağ" partiyasının seçki həddini keçməkdə çətinlik çəkməsi və müxalifət düşərgəsində səslərin parçalanması riski bu qərarın verilməsində əsas amil kimi göstərilir. Qantsın seçki yarışından kənarlaşması İsraildə səsverməyə sayılı günlər qalmış siyasi balansı və müxalifət blokundakı dinamikanı əhəmiyyətli dərəcədə dəyişib.

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑