Dünya · Ədalət

Milana hərbi qüvvələr göndəriləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Milana hərbi qüvvələr göndəriləcək xəbəri üçün şəkil

İtaliya rəhbərliyi iki gün davam edən iğtişaşlardan sonra Milana 500 hərbçi göndərəcək.

Adalet.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliyanın Baş nazirinin müavini Matteo Salvini açıqlayıb. 

Agentlik qeyd edib ki, şəhərə hərbi qüvvələrin göndərilməsinin təhlükəsizliyin təmin edilməsinə dair tədbirlər paketinə daxil edilməsi gözlənilir. Həmin tədbirlər paketi isə bu gün ölkənin Nazirlər Kabineti tərəfindən təsdiq edilməlidir. 

Qeyd edək ki, oktyabrın 17-18-də Milan və İtaliyanın digər şimal şəhərlərində qiymət artımına və dövlət xidmətlərinin işinin pisləşməsinə qarşı keçirilən etiraz aksiyalarından sonra iğtişaşlar baş verib. Aksiya iştirakçıları ilə polis arasında qarşıdurmalar baş verib, etirazçılar mağazaları qarət edib. Milanda ümumilikdə 271 nəfərin saxlanıldığı, 32 etirazçının həbs edildiyi bildirilib.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑