Dünya · Globalinfo.az

Üçüncü Dünya müharibəsi artıq başlayıb – Elan verildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Üçüncü Dünya müharibəsi artıq başlayıb – Elan verildi xəbəri üçün şəkil

“Dünya bir sıra həll olunmamış böhranlar səbəbindən, bəlkə də, artıq Üçüncü Dünya müharibəsinin ilk ilini yaşayır”.

Globalinfo.az xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari deyib.

O qeyd edib ki, hazırda beynəlxalq sülh və təhlükəsizlik sahəsində ciddi böhran yaşanır.

Ənsarinin sözlərinə görə, son on ildə dünyada heç bir hərtərəfli sülh sazişi imzalanmayıb.

Yaxın Şərqdəki vəziyyətdən danışan Qətər XİN-in nümayəndəsi hazırkı gərginliyin onilliklər ərzində davam edən, dondurulmuş və tam həllini tapmamış münaqişələrin nəticəsi olduğunu vurğulayıb:

“Fars körfəzi ölkələri hazırda regional təhlükəsizlik sisteminin yenidən qurulmasına diqqət yetirirlər”.

Xatırladaq ki, daha əvvəl Fransanın sağçı siyasətçisi Marin Le Pen də Ukrayna ilə bağlı vəziyyətin yüzillik müharibəyə və ya Üçüncü Dünya müharibəsinə səbəb ola biləcəyini istisna etməyib.

Əliyar Xəlil
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑