Dünya · Trend.az

İran nüvə proqramında öz müzakirə çərçivəsindən çıxmayıb – Bəqai

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran nüvə proqramında öz müzakirə çərçivəsindən çıxmayıb – Bəqai xəbəri üçün şəkil

Bakı. Trend:

İran nüvə proqramında öz müzakirə çərçivəsindən və öz prinsipial mövqeyindən kənara çıxmayıb. Çünki prinsipial mövqeyi ölkənin milli mənafeyi istiqamətindədir.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu nazirliyin mətbuat katibi İsmayıl Bəqai çərşənbə axşamı Tehranda keçirilən mətbuat konfransında deyib.

“Bu, Rusiya xarici işlər naziri Sergey Lavrovun Tehrana səfərində müzakirə olunan məsələlərdən biri olub. Lakin İranın nüvə proqramının detalları haqda danışıqların aparılması ilə əlaqədar irəli sürülən bütün ehtimalların heç bir əsası yoxdur. Çünki İran ABŞ tərəfi ilə nüvə müzakirələrinə daxil olmayıb ki, onun detalları barəsində başqa ölkələrlə danışıqlar aparsın”, - deyə o bildirib.

Bəqai bildirib ki, Rusiya Hərtərəfli Birgə Fəaliyyət Planı ilə nəticələnən öncəki müzakirələrdə önəmli rola sahib olub. Eyni zamanda həmişə elan edib ki, gərginliyin azalması üçün hər bir addımı ata bilər. İran da Rusiyanın bu məsələlərdəki müsbət və konstruktiv mövqeyini alqışlayır.

Nazirlik rəsmisi əlavə edib ki, Rusiya xarici işlər nazirinin Tehran səfəri İran və Rusiya arasında davamlı və normal məsləhətləmələr çərçivəsindədir. İran və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi təsdiqləndikdən sonra bir çox sahələri əhatə edən çox yaxşı münasibətlər mövcuddur.

Son vaxtlar İranın nüvə proqramı ilə əlaqədar ABŞ və Rusiya arasında müəyyən razılaşmaların olduğu və İrandan 60% həcmində zənginləşdirilən 400 kq uranın çıxarılması ilə əlaqədar bir sıra iddia irəli sürülüb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑