Dünya · Publika.az

Qalmaqal böyüyür: Cənubi Koreya Ukraynadan diplomatlarını geri çağırır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qalmaqal böyüyür: Cənubi Koreya Ukraynadan diplomatlarını geri çağırır xəbəri üçün şəkil

Cənubi Koreya Ukraynadakı diplomatlarının bir hissəsini geri çağırmaq qərarına gəlib. Buna Şimali Koreyalı iki hərbi əsirin Seula təhvil verilməsi ətrafında Kiyevlə yaranan mübahisə və hava zərbələri təhlükəsi səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin sözçüsü Pak Dusun məlumat verib.

Onun sözlərinə görə, Ukrayna diplomatik mübahisənin həlli üçün hələlik müsbət addımlar atmayıb. Ölkədə hava hücumları təhlükəsinin davam etməsi də diplomatların təhlükəsizliyini təmin etməyi çətinləşdirir.

Bununla belə, Seul Ukrayna ilə diplomatik əlaqələri müvəqqəti işlər vəkili vasitəsilə davam etdirəcək. Konsulluq əməkdaşları isə Cənubi Koreya vətəndaşlarının müdafiəsi üçün ölkədə qalacaqlar.

Qeyd edək ki, bu ayın əvvəlində Seul Ukrayna prezidenti Vladimir Zelenskinin Şimali Koreyalı əsirlərin Cənubi Koreyaya təhvil verildiyini açıqlamasına etiraz olaraq Ukraynadakı səfiri Pak Kiçanı geri çağırmışdı.

Həmin iki hərbçi 2025-ci ilin yanvarında Rusiyanın Kursk vilayətində Rusiya tərəfində döyüşərkən Ukrayna qüvvələri tərəfindən əsir götürülüb. Onlar sentyabrın ortalarında Cənubi Koreyaya çatdırılıblar.

Seul Kiyevdən açıqlamaya görə rəsmi izahat və üzr istəməsini tələb edib.

Müəllif: Adəm

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑