Bakı.Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın paytaxtı Berlinə elan olunmamış səfər edib.
Bu barədə Almaniyanın “Berliner Kurier” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Zelenskinin səfəri təhlükəsizlik səbəbindən əvvəlcədən ictimaiyyətə açıqlanmayıb. Ukrayna Prezidentinin Almaniya Federal Kansleri Fridrix Mertslə görüşündə əsas müzakirə mövzusunun Rusiyaya qarşı mübarizədə Ukraynaya gələcək dəstəyin göstərilməsi olacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 3-də Almaniyanın paytaxtında Berlin Təhlükəsizlik Konfransı öz işinə başlayıb. Konfrans çərçivəsində müzakirələrin əsas mövzularından biri də Ukraynadakı münaqişə olacağı bildirilib.





