Dünya · Trend.az

Rusiya hərbçilərinə atəş açmağa icazə verildi - Britaniyadan qərar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya hərbçilərinə atəş açmağa icazə verildi - Britaniyadan qərar xəbəri üçün şəkil

Bakı.Trend:

Ukraynada sülhməramlı qüvvələr qismində yerləşdiriləcək Böyük Britaniya hərbçilərinə və onların müttəfiqlərinə hücuma məruz qalacaqları təqdirdə Rusiya hərbçilərinə cavab atəşi açmağa icazə veriləcək.

Bu barədə "The Guardian" planlarla tanış olan rəsmi şəxsə istinadən yazır. .

"The Guardian"ın məlumatına görə, Böyük Britaniya və Fransanın rəhbərlik edəcəyi missiyanın qüvvələri Ukraynada yerləşdiriləcəyi təqdirdə İlon Maskın "Starlink" sistemi də daxil olmaqla, ABŞ-nin sistem və texnologiyalarından asılı olmayacaq. Missiyanın planları ilə tanış olan adı açıqlanmayan rəsmi şəxs nəşrə bildirib ki, Qərb hərbçiləri Ukraynada “müdafiə xarakterli” fəaliyyət göstərəcəklər.

“Cavab atəşi açmağa” icazə verilməsi barədə məlumat London və Parisin noyabrın sonunda Polşada "Koalicja" hərbi təlimlərinin keçiriləcəyini elan etməsindən sonra yayılıb. Təlimlərdə 11 ölkənin iştirakı nəzərdə tutulur.

"The Guardian"ın yazdığına görə, təlimlərin məqsədi münaqişə başa çatdıqdan sonra Avropa silahlı qüvvələrinin Ukraynaya sürətlə yerləşdirilməsi ssenarisini məşq etməkdir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑