Dünya · Bizim.Media

Polşa xüsusi təyinatlı qüvvələrini Rusiya ilə sərhədə göndərdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polşa xüsusi təyinatlı qüvvələrini Rusiya ilə sərhədə göndərdi xəbəri üçün şəkil

Polşanın GROM xüsusi təyinatlı bölməsi Kalininqrad vilayəti ilə sərhədə köçürülüb. Bölmə ehtimal olunan təxribatların qarşısının alınması məqsədilə keçirilən polis əməliyyatında iştirak edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk hökumətin iclası başlamazdan əvvəl bildirib.

Onun sözlərinə görə, əraziyə polis, sərhəd xidməti və antiterror bölmələrinin əlavə qüvvələrinin göndərilməsi barədə qərar qəbul edilib.

Tusk bu addımı Polşa və xarici xüsusi xidmət orqanlarının mümkün təxribat və təxribat hazırlıqları barədə məlumatları ilə əsaslandırıb. Lakin o, bu iddialara dair heç bir sübut təqdim etməyib.

Daha əvvəl Wirtualna Polska portalı GROM döyüşçülərinin Rusiya ilə sərhədə göndərildiyini yazıb. Nəşrin məlumatına görə, bölməyə sərhədyanı ərazidə vəziyyətə nəzarət etmək tapşırılıb.

Bundan bir gün əvvəl Polşa polisinin baş komendantı Marek Boron Kalininqrad vilayəti ilə sərhəddə təxribatlarla mübarizə əməliyyatı aparmaq üçün ölkənin digər bölgələrindən əlavə qüvvələrin cəlb edildiyini açıqlayıb.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑