Dünya · Azxeber.com

İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi xəbəri üçün şəkil
İsfahanda 4 polis əməkdaşının qətlində iştirak etməkdə ittiham olunan iki nəfər edam olunub.
İranın məhkəmə hakimiyyəti bildirib ki, edam edilən şəxslər odlu və müxtəlif növ soyuq silahlarla silahlanaraq əhaliyə və təhlükəsizlik qüvvələrinə hücum ediblər.
Onlar binaları, polis bölməsini və ictimai obyektləri yandıraraq bölgədə qorxu və təhlükəsizlik mühitinin pozulmasına səbəb olublar.
Məhkəmə hakimiyyəti hadisənin bu ilin yanvarında İsfahanda baş verdiyini bildirib.
Qeyd olunub ki, edam edilən şəxslər İsfahanda törədilmiş cinayətin əsas iştirakçılarından olublar. Mövcud sənədlərə, məhkumların öz etiraflarına və digər təqsirləndirilən şəxslərin ifadələrinə əsasən, onlar hadisə yerində silahlı şəkildə iştirak edib və çoxsaylı cinayətlər törədiblər.
Təqsirləndirilən şəxslərin kassasiya şikayətindən sonra hökmlər İranın Ali Məhkəməsində də araşdırılıb. Mövcud sübutlar və törədilmiş cinayətin ağırlığı nəzərə alınaraq hökmlər Ali Məhkəmənin hakimləri tərəfindən təsdiqlənib və bu gün səhər icra olunub.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑