ABŞ Prezidenti Donald Tramp İsrailin Birləşmiş Ştatlardan ehtiyac duyduğu istənilən Amerika silahını ala biləcəyini bəyan edib.
Yenicag.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində müvafiq suala cavab verərkən bildirib.
“Mənim bildiyimə görə, onlar istədikləri hər şeyi ala bilərlər”, – deyə Tramp qeyd edib.
Ağ Ev rəhbəri əlavə edib ki, belə bir imkan Avropa ölkələri üçün də mövcuddur.



