Dünya · Globalinfo.az

ABŞ-ın cavabı Tehranın gözləntilərini qarşılamayıb – Rezayi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-ın cavabı Tehranın gözləntilərini qarşılamayıb – Rezayi xəbəri üçün şəkil

ABŞ-ın İranın irəli sürdüyü tələblərə verdiyi cavab Tehranı qane etməyib.

Globalinfo.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezayi “X” hesabında yazıb.

O, Vaşinqtonun İran tərəfindən irəli sürülən yeddi şərti yerinə yetirməli olduğunu bildirib.

“Yalnız bu halda Hörmüz boğazı açılacaq”, – deyə Rezayi vurğulayıb.

Qeyd edək ki, İran Hörmüz boğazının açılması üçün bir sıra şərtlər irəli sürüb. Bunlara bütün cəbhələrdə müharibənin dayandırılması, dəniz blokadasının ləğvi, dondurulmuş vəsaitlərin azad edilməsi və sanksiyaların aradan qaldırılması daxildir.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑