Dünya · Globalinfo.az

Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO – VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO – VİDEO xəbəri üçün şəkil

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikasının 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin və Səfirliyin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Hyatt Regency Tashkent” hotelində keçirilən rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, diasporunun üzvləri, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

    Tədbir çərçivəsində Azərbaycanın şanlı Zəfər salnaməsini əks etdirən “Şanlı tariximizin 44 günü” adlı fotosərgi təşkil olunub. Burada 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı, torpaqlarımızın işğaldan azad edilməsini və tarixi Qələbəmizin unudulmaz anlarını əks etdirən fotoşəkillər nümayiş etdirilib. Fotomateriallar tədbirdə iştirak edən dövlət və ictimaiyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.

    Rəsmi qəbulda çıxış edən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, doktor Rəşad Məmmədov 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən bəhs edib. Səfir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının birlik, əzm və qətiyyətinin təntənəsinə çevrilib. Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət və fədakarlıq nəticəsində uzun illər işğal altında qalmış torpaqlarımız azad edilmiş, 2020-ci il noyabrın 8-də Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin azad olunması ilə tarixi Zəfər qazanılıb.

    Diplomat vurğulayıb ki, 8 Noyabr Zəfəri Azərbaycan xalqının milli yaddaşına əbədi həkk olunmuş, ölkəmizin müasir dövlətçilik tarixində yeni mərhələnin əsasını qoyub.

    Rəsmi hissədən sonra Zəfər Gününə həsr olunmuş təntənəli bədii proqram təqdim edilib. Konsert proqramında Azərbaycan Dövlət “Qaya” Ansamblı, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ Zəfəri” Rəqs Ansamblı, “Xarıbülbül” Teatr Truppasının solistləri, eləcə də Özbəkistan və Qaraqalpaqıstanın Xalq artisti, Qazaxıstan və Türkmənistanın Əməkdar artisti Yulduz Usmanova çıxış ediblər. Sənətçilərin təqdim etdikləri musiqi və rəqs nömrələri konsert proqramına xüsusi rəng qatıb, qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

    Konsert proqramının diqqətçəkən məqamlarından biri Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ Zəfəri” rəqs ansamblı tərəfindən Azərbaycanın qədim yurdu Zəngəzurun zəngin folklor ənənələrini yaşadan “Zəngəzur yallısı” rəqsinin təqdimatı olub. Azərbaycan xalqının qədim milli rəqs ənənələrini, birlik və həmrəylik ruhunu özündə əks etdirən bu rəqs kompozisiyası özünəməxsus ritmi və dinamik ifası ilə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

    Bədii gecə Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, milli incəsənət nümunələrinin təbliği və xalqlarımız arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

    6ae9fa94b5f116ae9fa94b5f1217937189296ae9fa94b5f0e6ae9fa94b5f10 6ae9fa9483d8e6ae9fa9483d8f17937189296ae9fa9483d8b6ae9fa9483d8d 6ae9fa944d5126ae9fa944d51317937189296ae9fa944d50f6ae9fa944d510 6ae9fa9419fc86ae9fa9419fc917937189296ae9fa9419fc66ae9fa9419fc7 6ae9fa93ddc6c6ae9fa93ddc6d17937189296ae9fa93ddc6a6ae9fa93ddc6b 6ae9fa93a7e8e6ae9fa93a7e8f17937189296ae9fa93a7e8b6ae9fa93a7e8d 6ae9fa9372e986ae9fa9372e9917937189296ae9fa9372e966ae9fa9372e97 6ae9fa934045a6ae9fa934045b17937189296ae9fa93404556ae9fa9340458 6ae9fa93000a16ae9fa93000a217937189296ae9fa930009e6ae9fa93000a0 6ae9fa92963606ae9fa929636117937189296ae9fa929635d6ae9fa929635e 6ae9fa926791d6ae9fa926791e17937189296ae9fa926791a6ae9fa926791c 6ae9fa9237fe56ae9fa9237fe617937189296ae9fa9237fe36ae9fa9237fe4 6ae9fa92075a76ae9fa92075a817937189296ae9fa92075a46ae9fa92075a6 6ae9fa91c965a6ae9fa91c965b17937189296ae9fa91c96576ae9fa91c9659 6ae9fa7d2d0a46ae9fa7d2d0a517937189066ae9fa7d2d0a16ae9fa7d2d0a2 6ae9fa7cf3d9b6ae9fa7cf3d9c17937189066ae9fa7cf3d996ae9fa7cf3d9a 6ae9fa7cc3fe66ae9fa7cc3fe717937189066ae9fa7cc3fe36ae9fa7cc3fe4 6ae9fa7c940136ae9fa7c9401417937189066ae9fa7c940106ae9fa7c94011 6ae9fa7c653196ae9fa7c6531a17937189066ae9fa7c653176ae9fa7c65318 6ae9fa7c3790d6ae9fa7c3790e17937189066ae9fa7c3790b6ae9fa7c3790c 6ae9fa7c0575c6ae9fa7c0575d17937189066ae9fa7c057596ae9fa7c0575b 6ae9fa7bc7fca6ae9fa7bc7fcb17937189066ae9fa7bc7fc86ae9fa7bc7fc9 6ae9fa7b99d3c6ae9fa7b99d3d17937189066ae9fa7b99d3a6ae9fa7b99d3b 6ae9fa7b69c1e6ae9fa7b69c1f17937189066ae9fa7b69c1b6ae9fa7b69c1c 6ae9fa7b3bd716ae9fa7b3bd7217937189066ae9fa7b3bd6f6ae9fa7b3bd70 6ae9fa7b0c8a76ae9fa7b0c8a817937189066ae9fa7b0c8a56ae9fa7b0c8a6 6ae9fa7ad36736ae9fa7ad367417937189066ae9fa7ad36706ae9fa7ad3672 6ae9fa7aa1d3a6ae9fa7aa1d3b17937189066ae9fa7aa1d386ae9fa7aa1d39 6ae9fa7a58e3c6ae9fa7a58e3d17937189066ae9fa7a58e3a6ae9fa7a58e3b

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑