Dünya · Bakupost.az

Ermənistan gələn il AB-yə daxil olmaq üçün müraciət edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistan gələn il AB-yə daxil olmaq üçün müraciət edəcək xəbəri üçün şəkil

Ermənistan gələn il Avropa Birliyinə (AB) daxil olmaq üçün müraciət edə bilər.


"Bakupost" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə "Avronyus" telekanalı tərəfindən təşkil olunmuş "Avropanın gələcəyi" sammitində çıxışında bildirib.
Onun sözlərinə görə, son vaxtlar Brüsseldən müsbət siqnallar gəlir:
"Əvvəllər AB-nin genişlənməyə hazır olub-olmaması ilə bağlı şübhələr var idi. Lakin indi genişlənməyə güclü siyasi iradənin mövcudluğuna dair əlamətlər görünür. Bu isə Ermənistanın və Avropa Birliyinin gözləntilərinin üst-üstə düşə biləcəyi deməkdir. Mövcud vəziyyətlə bağlı qiymətləndirməm belədir. Bununla yanaşı, Ermənistanda da bu istiqamətdə irəliləmək üçün qəti siyasi iradə var".
Bundan əlavə, baş nazir qeyd edib ki, İrəvan yaxın iki il ərzində üzvlük üçün rəsmi müraciət edə bilər:
"Siz müraciətin verilməsini nəzərdə tutursunuz? Biz bunu bu il etməyə hazırlaşırıq. Bunun nə dərəcədə real olduğunu bilmirəm, lakin gələn il real ola bilər. Həmçinin 2028-ci il də mümkündür".
Paşinyanın sözlərinə görə, hazırda Ermənistan viza rejiminin liberallaşdırılması üzrə dialoqa diqqətini cəmləyib:
"Məqsədimiz - 2029-cu ilə qədər viza rejiminin liberallaşdırılmasına nail olmaqdır. Bu, Avropa Birliyi ilə münasibətlərimizin inkişafında daha bir vacib mərhələ olacaq".
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑