Dünya · Günün Səsi

Qrenlandiya ABŞ-la təhlükəsizlik sazişini təsdiqlədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qrenlandiya ABŞ-la təhlükəsizlik sazişini təsdiqlədi xəbəri üçün şəkil

Qrenlandiya parlamenti ABŞ, Danimarka və Qrenlandiya arasında imzalanmış üçtərəfli təhlükəsizlik sazişini təsdiqləyib.

Gununesi.info xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə saziş ABŞ-ın Qrenlandiyadakı hərbi mövcudluğunun genişləndirilməsinə, o cümlədən adada iki yeni hərbi baza yaradılmasına imkan verir.

Sənəd eyni zamanda Danimarkanın suverenliyini və Qrenlandiya xalqının öz müqəddəratını təyin etmək hüququnu tanıyır.

Sazişin qüvvəyə minməsi üçün Danimarka parlamentinin də təsdiqi tələb olunur.

Gununesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑