Dünya · Ölkə.az

Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqlədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqlədi xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, ratifikasiyanın lehinə 16 deputat səs verib, əleyhinə səs verən olmayıb, 7 nəfər bitərəf qalıb.

Sənəd adada ABŞ-nin hərbi iştirakının genişləndirilməsini, o cümlədən iki yeni hərbi bazanın yaradılması və "Qızıl günbəz" raket hücumundan müdafiə sisteminin yerləşdirilməsi imkanını nəzərdə tutur. Eyni zamanda, saziş Danimarkanın suverenliyini və Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququnu təsdiqləyir.

Agentlik qeyd edib ki, müxalifətdəki "Nalerak" Partiyası sazişi tənqid edərək, onun Qrenlandiya üçün, xüsusən müstəqillik əldə etmək perspektivində kifayət qədər iqtisadi fayda nəzərdə tutmadığını bildirib.

İndi sazişə Danimarka parlamenti baxmalıdır. Birinci oxunuş noyabrın 11-nə, yekun səsvermə isə noyabrın 19-na planlaşdırılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑