İtaliya hakimiyyəti ABŞ və İran arasında gərginliyin artması fonunda vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin XİN məlumat yayıb.
Nazirliyin yenilənmiş təhlükəsizlik xəbərdarlığında ölkədə olan vətəndaşlara da xüsusi ehtiyatlı davranmaq, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək və ölkədə olduqları barədə rəsmi sistemdə qeydiyyatdan keçmək tövsiyə olunur.
Bəyanatda xüsusilə foto və video çəkilişlərdən çəkinməyin vacibliyi vurğulanıb. Bildirilib ki, İranda bu cür çəkilişlər hüquqi problemlərə və hətta həbsə səbəb ola bilər.
İtaliya XİN-i, həmçinin vətəndaşlarına kütləvi toplantılardan, etiraz aksiyalarından və insanların sıx olduğu yerlərdən uzaq durmağı, təhlükəsizlik vəziyyətini daim izləməyi tövsiyə edib.
Qeyd edək ki, İtaliyadan gələn naməlum təyyarə Tehrana enib. Təyyarənin İtaliya vətəndaşlarını təxliyə etmək üçün gəldiyi ehtimal olunur.
Tahir Turan
Globalinfo.az




