Dünya · Modern.az

Trampın Qrenlandiya planı reallaşa bilər – Saziş təsdiqləndi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampın Qrenlandiya planı reallaşa bilər – Saziş təsdiqləndi
Trampın Qrenlandiya planı reallaşa bilər – Saziş təsdiqləndi

Qrenlandiya parlamenti Donald Tramp administrasiyası ilə adada Amerikanın hərbi mövcudluğunun genişləndirilməsini nəzərdə tutan təhlükəsizlik sazişini təsdiqləyib.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Sazişin lehinə 16 deputat səs verib, heç kim əleyhinə çıxmayıb, 7 deputat isə bitərəf qalıb.

Razılaşma ABŞ-a Qrenlandiyada iki yeni hərbi baza yaratmaq və “Qızıl günbəz” raketdən müdafiə sistemini yerləşdirmək imkanı verir. Sənəddə Danimarkanın suverenliyi və Qrenlandiyanın öz müqəddəratını təyin etmək hüququ da təsdiqlənir.

Müxalifətdəki “Naleraq” partiyası sazişi tənqid edərək, adaya kifayət qədər iqtisadi fayda vəd etmədiyini bildirib.

Sənədin qüvvəyə minməsi üçün Danimarka parlamenti tərəfindən də təsdiqlənməsi tələb olunur. Müzakirələrin ilk mərhələsi noyabrın 11-də, yekun səsvermə isə noyabrın 19-da keçiriləcək.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑