Dünya · Anews.az

Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb xəbəri üçün şəkil

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq Prezident Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelə qiyabi olaraq dövlətə xəyanət ittihamı irəli sürüb.Bu barədə SBU “Telegram” kanalında məlumat yayıb.

Qurumun iddiasına görə, Mendel ictimai çıxışlarında Ukraynanın beynəlxalq nüfuzuna xələl gətirən bəyanatlar verir və ölkə ərazisində aparılan hərbi əməliyyatlara haqq qazandırır.

Ona hərbi vəziyyət dövründə törədilmiş dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülüb.

Bildirilib ki, Mendel Ukrayna ərazisindən kənarda olduğu üçün onun məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, bundan bir neçə saat əvvəl Mendel Ukraynada səfərbərliyin işgəncəyə çevrildiyini iddia edib. O, Zelenskinin insan həyatına yalnız pul qazanmaq vasitəsi kimi yanaşdığını bildirib.

Keçmiş mətbuat katibi daha əvvəl də Ukrayna Prezidentini Rusiya ilə münaqişənin davam etməsindən ən çox faydalanan şəxs adlandırıb. Mendel bir neçə mənbədən məlumat aldığını bildirərək Zelenskinin şəxsi maraqları naminə münaqişənin həllinə dair bir sıra razılaşmalardan imtina etdiyini iddia edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑