Dünya · Globalinfo.az

İrəvanın Avropa İttifaqına üzvlük planı: Paşinyan tarixləri açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İrəvanın Avropa İttifaqına üzvlük planı: Paşinyan tarixləri açıqladı xəbəri üçün şəkil

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük üçün 2027-ci və ya 2028-ci ildə rəsmi müraciət etməsinin mümkün olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, Paşinyan bu barədə Aİ-nin genişlənməsi sammiti çərçivəsində “Euronews”a danışıb.

“Gələn il və ya 2028-ci il real ola bilər. Biz Avropa İttifaqına tamhüquqlu üzvlük üçün rəsmi müraciətin təqdim edilməsinə gətirib çıxaracaq prosesə başlamışıq”, – deyə o qeyd edib.

Hökumət başçısı Aİ-yə üzvlüyü demokratiyanın qorunması baxımından strateji seçim kimi qiymətləndirib. Paşinyan, həmçinin Ermənistanın gələcək istiqamətini müəyyənləşdirməyin ölkə vətəndaşlarının qərarı olduğunu vurğulayıb.

Qeyd edək ki, İrəvan indiyədək Avropa İttifaqına rəsmi üzvlük müraciəti təqdim etməyib. Ermənistan hazırda Avropa Komissiyası ilə viza rejiminin liberallaşdırılması üzrə dialoq aparır. Prosesin 2029-cu ilədək yekunlaşdırılması planlaşdırılır.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑