Dünya · Modern.az

Rusiyada azərbaycanlılar qəzaya düşdülər: Ölənlər var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyada azərbaycanlılar qəzaya düşdülər: Ölənlər var
Rusiyada azərbaycanlılar qəzaya düşdülər: Ölənlər var

Rusiyada iki azərbaycanlı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Modern.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Moskva-Çelyabinsk magistral yolunun 1 230-cu kilometrliyində, Severnı rayonunda baş verib.

İlkin məlumata görə, "Ford Focus" markalı avtomobilin sürücüsü ötmənin qadağan olunduğu yerdə qarşı hərəkət zolağına çıxaraq yük maşını ilə toqquşub.

Nəticədə avtomobilin sürücüsü hadisə yerində həyatını itirib. Sərnişin isə təcili tibbi yardım avtomobilində xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı polis əməkdaşları araşdırma aparırlar.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑