Dünya · Editor.az

Melaniya Trampdan Rusiya və Ukrayna ilə bağlı addım

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Melaniya Trampdan Rusiya və Ukrayna ilə bağlı addım xəbəri üçün şəkil

ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə Ağ Evdə görüş təşkil etməyi planlaşdırır. Diqqətçəkən məqam isə bu təşəbbüsün məhz onun vasitəçiliyi ilə həyata keçirilməsidir.

Editor.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı rəsmi bəyanatda məlumat verilib.

Bildirilib ki, görüş noyabrın 5-də keçirilməlidir. Lakin danışıqlarda Rusiya və Ukraynanı hansı səviyyəli nümayəndələrin təmsil edəcəyi hələlik açıqlanmayıb.

Melaniya Trampın təşəbbüsləri bununla da məhdudlaşmır. O, Ukraynanın Xerson vilayətində yerləşən Oleşki şəhərində atəşkəs rejimi ilə bağlı da çıxış edəcək.

Xatırladaq ki, oktyabrın 27-dən noyabrın 1-dək Oleşkidə humanitar əməliyyatın həyata keçirilməsi nəzərdə tutulan ərazidə müvəqqəti atəşkəs tətbiq olunub. Bu razılaşmanın Melaniya Trampın vasitəçiliyi ilə əldə edildiyi bildirilir.

Beləliklə, ABŞ-nin birinci xanımının Rusiya-Ukrayna münaqişəsi ilə bağlı diplomatik təşəbbüsləri yenidən diqqət mərkəzinə düşüb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑