Dünya · Yeni Çağ

28 ilə 29 ölkəni piyada gəzən səyyah rekord qırdı — FOTO - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
28 ilə 29 ölkəni piyada gəzən səyyah rekord qırdı — FOTO - Yeni Çağ xəbəri üçün şəkil

İngiltərəli səyyah Karl Buşbi 28 il əvvəl Çilidən başladığı qitələrarası piyada yolçuluğunu başa vuraraq doğulduğu İngiltərəyə çatıb.

Yenicag.az xəbər verir ki, 57 yaşlı səyyah 29 ölkəni geridə qoyaraq təxminən 60 min kilometr məsafə qət edib. O, piyada dünya turunu tamamlayan ilk insan kimi tarixdə yeni rekorda imza atıb.

1998-ci ildə 29 yaşında yola çıxan Buşbi 12 illik planlaşdırdığı səyahəti müxtəlif maneələr səbəbindən 28 ilə başa vurub. O, yolçuluq zamanı heç bir nəqliyyat vasitəsindən istifadə etməyib, hətta 2006-cı ildə Berinq boğazını buzların üzəri ilə yürüyərək və üzərək keçib.

Doğma Hall şəhərində böyük coşğu ilə qarşılanan səyyah 10 ildən sonra 75 yaşlı anasına qovuşub, 12 yaşlı nəvəsini isə ilk dəfə görüb. Qeyd edək ki, Karl Buşbi marşrut çərçivəsində 2025-ci ildə Türkiyədən də keçərək Avropaya adlamışdı.

media-28-yil-suren-yolculuk-sona-erdi-ingiliz-gezgin-karl-bushby-29-ulke-gecti-60-bin-kilom-1826883_202611031300_20261103130057_2 media-28-yil-suren-yolculuk-sona-erdi-ingiliz-gezgin-karl-bushby-29-ulke-gecti-60-bin-kilom-1826883_202611031300_20261103130057_3 media-28-yil-suren-yolculuk-sona-erdi-ingiliz-gezgin-karl-bushby-29-ulke-gecti-60-bin-kilom-1826883_202611031300_20261103130057_4

Ayşən

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑