Dünya · Publika.az

Tramp, Putin və Si Cinpin bir araya gələcək? - Gizli danışıqlar başladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp, Putin və Si Cinpin bir araya gələcək? - Gizli danışıqlar başladı xəbəri üçün şəkil

ABŞ, Rusiya və Çin rəsmiləri noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində üç ölkə liderinin görüşünü müzakirə edirlər.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Bildirilib ki, son iki həftə ərzində Si Cinpin, Donald Tramp və Vladimir Putinin iştirakı ilə ilk üçtərəfli sammitin təşkili ilə bağlı ciddi danışıqlar aparılıb.

ABŞ prezidenti Donald Trampın sammitdə iştirak edərək Si Cinpinlə görüşməyi planlaşdırdığı, daha əvvəl isə Putinin də görüşə qoşulması ideyasını irəli sürdüyü bildirilir. Lakin Pekin hələlik üçtərəfli görüşün keçirilməsi ilə bağlı qərar verməyib.

Çin Xarici İşlər Nazirliyi Pekinin Çin və Rusiya dövlət başçılarının görüşü ilə bağlı müvafiq tərəflərlə əlaqə saxladığını bildirib. Kremlin sözçüsü Dmitri Peskov isə üçtərəfli görüşün təşkili istiqamətində iş aparıldığını təsdiqləyib.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑