Dünya · Sfera.az

Zelenski Putinlə görüşəcək? - AÇIQLAMA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Putinlə görüşəcək? - AÇIQLAMA xəbəri üçün şəkil

Rusiya və Ukrayna arasında davam edən müharibənin diplomatik yollarla həlli məsələsi yenidən gündəmə gəlib. Rusiya rəsmiləri Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparmaq üçün Moskvaya səfər edə biləcəyini bildiriblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bir görüşün baş tutacağı təqdirdə Zelenskinin təhlükəsizliyinə zəmanət veriləcəyini vurğulayıb. Lakin müharibənin davam etdiyi, tərəflər arasında siyasi və hərbi gərginliyin hökm sürdüyü bir vaxtda Ukrayna liderinin Moskvaya səfərinin nə dərəcədə real olduğu sual doğurur.

Bəs yaxın zamanda Zelenski ilə Putin arasında Moskvada görüş baş tuta bilərmi? Zelenski təhlükəsizlik zəmanətlərinə inanaraq belə bir riskə gedərmi?

Zelenski Putinlə görüşəcək? - AÇIQLAMA

Politoloq Oqtay Qasımov Sfera.az-a açıqlamasında bildirib ki, bu kimi açıqlamalar Rusiyanın Ukrayna Prezidentinin legitimliyini qəbul etmədiyini göstərir:

“Rusiya rəsmilərinin Putinlə Zelenski arasında görüşün yalnız Moskvada baş tuta biləcəyi ilə bağlı bəyanatları əslində danışıqların pozulmasına və Rusiyanın müharibədə işğalçı mövqeyini davam etdirməsinə zəmin yaratmaq məqsədi daşıyır.

Həm Sergey Lavrovun, həm də Yuri Uşakovun açıqlamalarında Zelenskinin Putinlə danışmaq istədiyi təqdirdə ona telefonla zəng edə biləcəyi və Rusiya Prezidentinin bu zəngə cavab verəcəyi qeyd olunur. Eyni zamanda bildirilir ki, Zelenski Putinlə şəxsən görüşmək istəyirsə, Moskvaya gələ bilər və onun təhlükəsizliyi təmin olunacaq. Bu isə əslində Rusiyanın Ukrayna Prezidentinin legitimliyini qəbul etmədiyini və Ukraynanı özünə bərabər dövlət kimi görmədiyini göstərir”.

Politoloq hesab edir ki, bu cür açıqlamalar Ukraynanı və onun prezidentini aşağılamağa hesablanıb:

“Bu açıqlamalar Ukraynanı və onun prezidentini aşağılamağa hesablanıb. Bu baxımdan, yaxın zamanda Zelenski ilə Putin arasında görüşün keçiriləcəyinə, o cümlədən Ukrayna Prezidentinin Moskvaya səfərinin reallaşacağına inanmıram”.

Şahanə Ziyad

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑