Dünya · Trend.az

Tayvanda “Çampi” tayfunu nəticəsində yüzlərlə insan xəsarət alıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tayvanda “Çampi” tayfunu nəticəsində yüzlərlə insan xəsarət alıb xəbəri üçün şəkil

Bakı. Trend:

“Çampi” tayfunun Tayvana təsiri nəticəsində xəsarət alanların sayı 616 nəfərə çatıb, bir nəfər həlak olub.

Bu barədə adanın Mərkəzi Fövqəladə Hallar Operativ Qərargahı məlumat yayıb.

Qurum daha əvvəl bir nəfərin həlak olduğunu, 500-dən çox insanın isə xəsarət aldığını bildirmişdi. Güclü külək və leysan yağışları yol-nəqliyyat hadisələrinə, reklam lövhələrinin və ağacların aşmasına səbəb olub, nəticədə insanlar xəsarət alıblar. Pindun dairəsinin sahilində bir nəfər fırtına dalğasının onu dənizə aparması nəticəsində həlak olub.

Tayvanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, tayfun zəifləyib və adadan Yaponiyaya doğru hərəkət edir. Meteoroloqlar fırtına xəbərdarlıqlarını ləğv ediblər. Yaxın 24 saat ərzində hava şəraitinin tam normallaşacağı gözlənilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑