Dünya · Bizim.Media

Fransada aksiyalarda minə yaxın şəxs saxlanıldı - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada aksiyalarda minə yaxın şəxs saxlanıldı - VİDEO xəbəri üçün şəkil

Oktyabrın 24-də Fransada keçirilən kütləvi aksiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 1000-ə yaxın insanı saxlayıb.

Bizim.Media  "BFMTV" telekanalına istinadla xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes bildirib.

Xatırladaq ki, oktyabrın 18-də Fransa Prezidenti Emanuel Makron hökumətdən etirazların bir daha təkrarlanmaması üçün qətiyyətli tədbirlər görməyi tələb etmişdi. Dövlət başçısı iğtişaşlarda təqsirkar olanların cəzalandırılacağını və zərər çəkmiş biznes sahiblərinə dəstək veriləcəyini vəd etmişdi.

Lakin E.Makronun siyasi opponentləri onun bu çıxışını "acınacaqlı" adlandıraraq, ölkədəki sosial narazılığa görə məsuliyyəti birbaşa prezidentin üzərinə qoyublar.

Bizim.Media 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑