Dünya · Yeni Sabah

Xəzər geri çəkilir: Dağıstanın ərazisi minlərlə kvadratkilometr artdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xəzər geri çəkilir: Dağıstanın ərazisi minlərlə kvadratkilometr artdı xəbəri üçün şəkil

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi Dağıstan Respublikasının sahil xəttində ciddi dəyişikliklərə səbəb olub. Nəticədə regionun faktiki quru sahəsinin 2-3 min kvadratkilometr artdığı bildirilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov “RİA Novosti”yə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, dənizin geri çəkilməsi nəticəsində əvvəllər su ilə əhatə olunan bəzi adalar materiklə birləşib, yeni quru sahələri meydana çıxıb. Dördpendirli pizza

Geoloq bildirib ki, Yaiçnı, Çeçen, Piçujonok, Bazar və Pıriqunki adaları artıq quru ərazi ilə birləşib. Bu səbəbdən həmin ərazilərə avtomobillə getmək də mümkün olub.

İdrisovun qiymətləndirməsinə görə, Dağıstanın faktiki quru sahəsi əvvəlki 50,3 min kvadratkilometrdən təxminən 52-53 min kvadratkilometrə yüksəlib. Bununla belə, söhbət regionun inzibati sərhədlərinin dəyişməsindən deyil, Xəzər dənizinin səviyyəsinin enməsi nəticəsində sahil xəttinin dəyişməsindən gedir.

Mütəxəssis qeyd edib ki, Dağıstanın quru sahəsinin dəqiq ölçüsünü müəyyənləşdirmək üçün sahilyanı ərazilərin yeni topoqrafik xəritələri hazırlanmalıdır. Bu xəritələr suyun çəkilməsi nəticəsində yaranan dəyişiklikləri daha dəqiq qeydə almağa imkan verəcək.

Dəyişikliklər Qızılyar körfəzində də müşahidə olunur. Təxminən 63 hektar sahəsi olan Nordovı adasının gələcəkdə materiklə birləşə biləcəyi ehtimal edilir. İdrisovun fikrincə, Xəzərin səviyyəsi bir metrdən az aşağı düşərsə, ada quru ərazi ilə tam birləşə bilər. Ərazi dəniz quşlarının böyük yuvalama koloniyalarına ev sahibliyi etməsi ilə də seçilir.

Qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi təkcə sahil xəttinin dəyişməsi ilə məhdudlaşmır. Suyun çəkilməsi sahilyanı ərazilərin təbii şəraitinə təsir göstərir, yerli ekosistemlər üçün risklər yaradır və dənizin dayazlaşması ilə bağlı ekoloji narahatlıqları artırır.

 

 


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑