Bakı.Trend:
Tailandın Pattayya şəhərində silahlı şəxslər türkiyəli iş adamının evinə basqın edərək 820 min dollar dəyərində kriptovalyuta, nağd pul və üç dəbdəbəli “Rolex” saatı oğurlayıblar.
Bu barədə “Pattaya Mail” məlumat yayıb.
Hadisə oktyabrın 6-da baş verib. Soyğunçular iş adamını silahla hədələyərək kriptovalyutanı köçürməyə məcbur ediblər. Ümumi zərər 30 milyon Tailand batı təşkil edib.
Polis hadisə ilə əlaqəli olduğu ehtimal edilən tərk edilmiş “Toyota Fortuner” avtomobili aşkarlayıb.
Oğurluqda şübhəli bilinən üç nəfərin axtarışı davam edir.


