Dünya · Trend.az

Rusiyada qaz kəməri partlayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyada qaz kəməri partlayıb xəbəri üçün şəkil

Bakı.Trend:

Rusiyanın Penza vilayətindən keçən qaz kəmərində yanğınla müşayiət olunan partlayış baş verib.

Rusiya KİV-nin məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatında bildirilib.

Partlayış xəttin Volçkovo kəndi yaxınlığından keçdiyi sahədə baş verib. İlkin məlumata görə, qəza texnoloji qaydaların pozulmasına görə, qaz kəmərinin hermetikliyinin pozulması nəticəsində meydana gəlib.

Ölən və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, “Orta Asiya – Mərkəz” qaz nəqli sistemi təxminən 5 min kilometr uzunluğundadır və Türkmənistan, Özbəkistan və Qazaxıstanın qaz yataqlarını Rusiya və Avropadakı istehlakçılarla birləşdirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑