Dünya · Axar.az

İrana qarşı iqtisadi savaş… - Qalibaf etiraf etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İrana qarşı iqtisadi savaş… - Qalibaf etiraf etdi xəbəri üçün şəkil

Hazırda İran üçün sanksiyalar və iqtisadi təzyiqlərə qarşı mübarizə silahlı qarşıdurmadan daha vacib bir vəzifədir.

Axar.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.

“İqtisadi təzyiq İrana qarşı müharibənin əsas istiqamətidir və ölkə hakimiyyətinin başlıca vəzifəsi düzgün qərarlar qəbul etmək və sabit dövlət idarəçiliyini təmin etməkdir. Tehran keçmiş hadisələri diqqətlə təhlil edir, hökumət və parlament isə vəziyyətin öhdəsindən gəlməyə çalışır. Hazırda İran xalqının və silahlı qüvvələrinin rifahı bütün qərarların qəbul edilməsində ən vacib prioritetdir. Dövlət müharibənin və İrana qarşı tətbiq olunan sanksiyaların təsirindən əhalinin normal həyat şəraitinin mümkün qədər az zərər görməsini təmin etməlidir”, - o bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑