Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 9-da ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı gələn ay Ukrayna məsələsinə dair ABŞ və Çinlə sammit keçirməyi təklif edib.
“The Wall Street Journal” nəşrinin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov görüş imkanının müzakirə olunduğunu təsdiqləyib. Bununla belə, nə sammitin keçirilməsi, nə də onun gündəliyi ilə bağlı yekun razılıq əldə olunub.
ABŞ rəsmisi bildirib ki, Tramp hələlik sammitdə iştirak etməyə razılıq verməyib, lakin təklifi nəzərdən keçirə bilər.
Görüşün mümkün keçiriləcəyi yerlərdən biri Çinin Şençjen şəhəridir. Noyabrın 18–19-da burada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti keçiriləcək.
Xatırladaq ki, Rusiya-Ukrayna Müharibəsi 2022-ci il fevralın 24-dən davam edir.





