Dünya · Trend.az

Melaniya Tramp ABŞ-dən jurnalist-müşahidəçilərin Oleşki şəhərinə göndərildiyini təsdiqləyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Melaniya Tramp ABŞ-dən jurnalist-müşahidəçilərin Oleşki şəhərinə göndərildiyini təsdiqləyib xəbəri üçün şəkil

Bakı. Trend:

ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyevin Xerson vilayətinin Oleşki şəhərində həyata keçirilən humanitar missiya çərçivəsində amerikalı jurnalistlərin müşahidəçi qismində iştirakına dair sözlərini təsdiqləyib.

“Newsmax telekanalının dörd amerikalı jurnalisti Rusiya və Ukrayna tərəflərindən olan humanitar missiya rəhbərlərini müşayiət edərək Oleşki şəhərində olacaqlar. Neytral müşahidəçilər qismində çıxış edərək, onlar müstəqil şəkildə çəkiliş aparacaq və bu tarixi humanitar missiyanın gedişini sənədləşdirəcəklər”, – ABŞ-nin birinci xanımı Dmitriyevin eyni mövzuda paylaşımına münasibət bildirərək "X" sosial şəbəkəsində yazıb.

Rusiya Silahlı Qüvvələri Oleşki şəhərində humanitar əməliyyata hazırlıqla əlaqədar oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan etibarən Xerson istiqamətində atəşkəs rejimi tətbiq edib.

Bundan əvvəl Rusiya və Ukrayna Melaniya Trampın vasitəçiliyi ilə Xerson vilayətinin Oleşki şəhərində humanitar yardımın çatdırılmasını təmin etmək və mülki əhalinin xüsusi təhlükəsiz dəhliz vasitəsilə təxliyəsinə hazırlıq görmək məqsədilə atəşkəs barədə razılığa gəliblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sentyabrın 21-də Oleşki şəhərindəki humanitar vəziyyəti kritik adlandırıb. Kiyevin atəşə tutması və pilotsuz uçuş aparatları ilə hücumları səbəbindən şəhərə nə ərzaq, nə də dərman preparatları çatdırmaq mümkündür.

Əvvəllər şəhərdə yaşayan 20 min nəfərdən hazırda Oleşkidə cəmi 1000-dən bir qədər çox insan qalır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑