Dünya · Trend.az

Macarıstan ABŞ ilə boru kəmərlərinin inkişafı üzrə anlaşma memorandumu imzalayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Macarıstan ABŞ ilə boru kəmərlərinin inkişafı üzrə anlaşma memorandumu imzalayıb xəbəri üçün şəkil

Bakı. Trend:

Macarıstan ABŞ ilə Mərkəzi və Şərqi Avropa ölkələrində Amerika mayeləşdirilmiş təbii qazının tədarükünü təmin etmək məqsədilə boru kəmərləri sisteminin inkişafını nəzərdə tutan ABŞ proqramında iştirakla bağlı anlaşma memorandumu imzalayıb.

Bu barədə Macarıstanın xarici işlər naziri Anita Orban ABŞ-nin dövlət katibi Marko Rubio ilə Vaşinqtonda keçirilən görüşdən sonra məlumat verib.

“ABŞ-ın dövlət katibi Marko Rubio ilə iki mühüm əməkdaşlıq sazişi imzaladıq. “Trump Peace Pipelines Framework” sazişi çərçivəsində təbii qazın və xam neftin nəqli üçün regional infrastrukturun inkişafı sahəsində əməkdaşlığımızı gücləndiririk. İkinci saziş hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişləndirilməsinə və radikal təşkilatların törətdiyi cinayətlər barədə məlumat mübadiləsinə yönəlib”, – deyə XİN rəhbəri "Facebook" səhifəsində yazıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑