Müharibəyə və limanlardan silah ixracı üçün istifadə edilməsinə etiraz olaraq cümə günü 22 ölkədə liman işçiləri tətil keçirəcəklər.
News24.az "Reuters"ə istinadən xəbər verir ki, bu aksiya Aralıq dənizində yükdaşımalarının 40 %-dən çoxunu poza və 2 milyard dollardan artıq dəyəri olan yükdaşımaları bloklaya bilər.
İlkin olaraq İtaliya, Fransa, Yunanıstan, İspaniya, Türkiyə və Mərakeşdə liman işçilərinin həmkarlar ittifaqları tərəfindən təşkil olunan tətili hazırda 113 limanda 25-dən çox həmkarlar ittifaqı dəstəkləyir.
Etirazların Hamburq, Valensiya, Havr, Alxesiras, Pirey, Genuya, eləcə də Mərakeşin Tanjer-Med və Hindistanın Nava-Şeva limanları daxil olmaqla, Avropanın və digər regionların iri dəniz nəqliyyatı qovşaqlarına qarşı yönələcəyi gözlənilir. Təşkilatçılar bildiriblər ki, Avropadan əlavə, Hindistanda onadək limanın işi pozula bilər və Hindistan Su Nəqliyyatı İşçiləri Federasiyası da bu aksiyanı dəstəkləyir.




