Riyaziyyatçılar kainatın sürətlənərək genişlənməsi ilə bağlı mövcud nəzəri modellərə yeni yanaşma təklif ediblər. Araşdırmaya əsasən, bu prosesi izah etmək üçün qaranlıq enerjiyə ehtiyac olmaya bilər.
Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” məlumat yayıb.
Tədqiqatçılar kainatın genişlənməsini təsvir edən standart kosmoloji modelin riyazi quruluşunda mümkün qeyri-sabitlik olduğunu irəli sürüblər. Onların hesablamalarına görə, Eynşteynin ümumi nisbilik nəzəriyyəsi çərçivəsində kainatın genişlənməsinin sürətlənməsi başqa cür izah edilə bilər.
Hazırda geniş qəbul edilən kosmoloji modeldə qaranlıq enerji kainatın sürətlənərək genişlənməsinin əsas izahlarından biri hesab olunur. Yeni riyazi yanaşma isə bu təsəvvürün yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.
Lakin alimlərin irəli sürdüyü fikir hələ mübahisəli nəzəri təklifdir. Qaranlıq enerjinin mövcud olmadığı sübut edilməyib və yeni modelin astronomik müşahidələrlə uyğunluğu əlavə yoxlamalar tələb edir.
ScienceDaily
Albert Eynşteyn, kainat, qaranlıq enerji, kosmologiya, fizika






