Dünya · Teleqraf

Türkiyədə turistlərin üzərinə qaya parçaları düşüb: 3 ölü, 5 yaralı - FOTOLAR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə turistlərin üzərinə qaya parçaları düşüb: 3 ölü, 5 yaralı - FOTOLAR xəbəri üçün şəkil

BAKI, 30 oktyabr. TELEQRAF

Türkiyənin məşhur turizm bölgəsi Kapadokiyada qaya parçalarının uçması nəticəsində üç nəfər həlak olub, beş nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin DHA agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 37 yaşlı Fransa vətəndaşı Sintiya Fransin Mari Madlen Uper, həmçinin Kapadokiyaya turist kimi səfər edən 31 yaşlı jurnalist Fatih Eray Tuna və onun 31 yaşlı həyat yoldaşı Begüm Tuna həyatını itiriblər.

Yaralananlar arasında iki Türkiyə və üç Fransa vətəndaşı var. Fransa vətəndaşlarından ikisi azyaşlıdır.

Yaralılardan dördü müalicədən sonra xəstəxanadan buraxılıb. Bud sümüyü sınan səkkiz yaşlı uşaq isə xəstəxanada müalicəsini davam etdirir.

Hadisə turistlər arasında məşhur olan Göreme Açıq Hava Muzeyinin girişinin yaxınlığında baş verib. Tuf qayalarından iri parçalar qoparaq ərazidə olan insanların üzərinə düşüb.

İlkin ehtimallara görə, qaya parçalarının uçmasına bölgədə əvvəlki günlərdə yağan güclü leysan yağışları səbəb olub. Yağıntıların qayaların strukturunu zəiflədərək uçquna yol açdığı güman edilir.

Medial Medial Medial Medial
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑