Fransada sentyabrın ortalarından bu günə qədər davam edən genişmiqyaslı etirazlar zamanı 1 193 polis və jandarm xəsarət alıb.
Bu barədə mətbuat konfransında Fransanın daxili işlər naziri Loran Nunyes bəyan edib.
Nazirin sözlərinə görə, cəmiyyət nümayəndələrinin, həmçinin məktəb şagirdlərinin və işçilərinin kütləvi etirazları xaos, zorakılıq, vandalizm və talançılıqla nəticələnib, bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşları çoxsaylı, lakin əsasən o qədər də ağır olmayan xəsarətlər alıblar. Küçə aksiyalarının iştirakçıları polislərə daş, petarda atıb və hətta damlardan onların üzərinə kamin boruları salıblar.
Mətləb






