Dünya · Azxeber.com

ABŞ-nin neft ehtiyatları azalır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-nin neft ehtiyatları azalır xəbəri üçün şəkil
ABŞ-nin kommersiya xam neft ehtiyatları azalıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1 milyon 900 min barel azalaraq 410 milyon 600 min barel olub. Bazar proqnozları ehtiyatların 100 min barel artacağı istiqamətində idi.
Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları 100 min barel azalaraq 282 milyon 600 min barel səviyyəsində qalıb. Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 3 milyon 900 min barel artaraq 209 milyon 200 min barel təşkil edib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑