Dünya · Azxeber.com

Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub xəbəri üçün şəkil
Meksika prezidenti Klaudia Şeynbaum Fransada prezidentliyə namizəd Marin Lö Penin ölkənin narkotik kartelləri ilə əlaqəli "meksikalaşma” təhlükəsi ilə üzləşməsinə imkan verməyəcəyi barədə bəyanatına münasibət bildirib.
AZXEBER.COM xəbər verir ki, Şeynbaum mətbuat konfransında Lö Penin fikirlərini tənqid edərək, onun Meksika haqqında kifayət qədər məlumatlı olmadığını deyib. O, "meksikalaşma” anlayışının dünyada yayılmalı olan müsbət mənasının Meksika mədəniyyətinin dürüstlük, sevgi, həmrəylik və qardaşlıq kimi dəyərləri ilə bağlı olduğunu vurğulayıb.
Fransanın ifrat sağçı Milli Birlik (RN) partiyasının aparıcı simalarından olan Lö Pen prezident seçkisi kampaniyasına təhlükəsizlik məsələlərini ön plana çıxarmaqla başlayıb. O, Meksika narkotik kartellərini terrorçu təşkilatlar kimi təsnif edən ABŞ-nin yanaşmasına istinad edərək, Fransada da bu qruplaşmalara qarşı sərt mübarizə aparılacağını bildirib.
"Meksikalaşma” ifadəsi Fransada bir neçə ildir ki, zorakılığın artmasını təsvir etmək üçün bəzi siyasətçilər tərəfindən işlədilir. 2024-cü ildə Fransanın daxili işlər naziri Bruno Retayyo da restoranda baş verən atışmadan sonra bu ifadədən istifadə etmişdi. Bu, Meksika rəsmilərinin kəskin etirazına səbəb olmuşdu.
Meksikanın Fransadakı səfirliyi həmin ifadənin ölkə haqqında stereotipləri gücləndirdiyini, zorakılıq qurbanlarının ailələrini incitdiyini və narkotik ticarətinə qarşı beynəlxalq əməkdaşlığa xələl gətirə biləcəyini bildirmişdi.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑