Dünya · Azxeber.com

Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir xəbəri üçün şəkil
Gürcüstan Patriarxlığı Hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təşəbbüsü ilə parlamentdə müzakirə olunan "Lotereyalar, qumar və uduşlu oyunların təşkili haqqında” qanuna nəzərdə tutulan dəyişiklikləri tənqid edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Patriarxlığın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, keşiş Andria Jaqmaidze açıqlama verib.
A.Jaqmalidze deyib ki, Patriarxlıq ölkənin Xalq Müdafiəçisinin mövqeyini dəstəkləyir.
Din xadimi qeyd edib ki, kazinolara beynəlxalq qumar turnirlərinin təşkilinə imkan verəcək qanunvericilik paketi ilə bağlı hələlik Patriarxlıqda geniş müzakirələr aparılmayıb, lakin qurum bu prosesdən kənarda qala bilməz. Onun sözlərinə görə, sənədlə bağlı Patriarxlıqla əvvəlcədən heç bir əlaqə saxlanılmayıb və təşəbbüs onlar üçün gözlənilməz olub.
A.Jaqmaidze xatırladıb ki, Gürcüstan Patriarxlığı 2017-ci ildən bəri qumar oyunları sahəsində tənzimləmələrin aparılmasının əsas təşəbbüskarlarından və iştirakçılarından biri olub.
Xatırladaq ki, Gürcüstan Parlamenti sözügedən qanunvericilik paketini sürətləndirilmiş qaydada müzakirə edərək iki oxunuşda dəstəkləyib. Xalq Müdafiəçisi Aparatı isə parlamentə düzəlişlərin qəbulunu dayandırmaq çağırışı ilə müraciət edib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑