Dünya · Trend.az

Bosniya və Herseqovinada helikopter qəzası baş verib, üç nəfər ölüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bosniya və Herseqovinada helikopter qəzası baş verib, üç nəfər ölüb xəbəri üçün şəkil

Bakı. Trend:

Bosniya və Herseqovinada Avropa İttifaqının sülhməramlı missiyasına cəlb olunan İtaliyaya məxsus CH-47 helikopteri qəzaya uğrayıb. Hadisə nəticəsində 3 nəfər həlak olub, 12 nəfər yaralanıb.

İtaliya Müdafiə Nazirliyinin məlumatına görə, helikopter oktyabrın 29-da Bosniya və Herseqovinada Avropa İttifaqının “Althea” əməliyyatına göndərilərkən qəzaya uğrayıb.

Açıqlamada qəzanın səbəblərinin araşdırıldığı bildirilib.

“Associated Press” agentliyinin Balkan mediasına istinadla yaydığı məlumata görə isə qəza Brçko şəhəri yaxınlığında baş verib.

Qeyd edək ki, “Althea” əməliyyatı 2004-cü ildə Bosniya və Herseqovinada Deyton sülh sazişinə əməl olunmasına nəzarət etmək məqsədilə başlanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑