Dünya · Azxeber.com

Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar xəbəri üçün şəkil
Berlində fəallar Alisa Salomon adına Tətbiqi Elmlər Universitetinin girişini mebel və digər əşyalarla bağlayıblar.
AZXEBER.COM xəbər verir ki, bu barədə DPA agentliyi ali məktəbin nümayəndəsinə istinadən məlumat yayıb.
Bu, iki gün ərzində bloklanan ən azı üçüncü təhsil müəssisəsidir. Çərşənbə günü səhər saatlarında Hamburq Tətbiqi Elmlər Universitetinin və Azad Berlin Universitetinin nəzdindəki Otto Zur adına Politologiya İnstitutunun binaları qarşısında da oxşar aksiyalar keçirilib. Hər iki aksiya oktyabrın 31-nə planlaşdırılan nümayişlə bağlıdır.
Aksiyada 100-ə yaxın tələbə iştirak edib.
"Gen Z regelt" gənclər təşəbbüsü daha əvvəl sosial şəbəkələrdə oktyabrın 31-də Almaniyanın 20-dən çox şəhərində, o cümlədən Berlin, Frankfurt-Mayn, Münxen və Hamburqda etiraz aksiyaları keçirməyə çağırış edib.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑