Dünya · Axar.az

Baltik dənizinin Hörmüzə çevrilməsini istəmirik - Putin

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Baltik dənizinin Hörmüzə çevrilməsini istəmirik - Putin xəbəri üçün şəkil

Rusiya Baltik dənizində gərginliyin yaranmasında maraqlı deyil, lakin istənilən çağırışa cavab verməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya–Afrika sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Baltik dənizində təhlükəsizlik məsələsi Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışıqları zamanı müzakirə olunub.

Putin vurğulayıb ki, Moskva Baltik dənizində Hörmüz boğazı və Fars körfəzindəki vəziyyətə bənzər gərginliyin yaranmasını istəmir.

“Biz bunu istəmirik. Amma istənilən çağırışa cavab verəcəyik”, – deyə Rusiya Prezidenti bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑