Dünya · Ölkə.az

"Google"un ana şirkəti 477 milyard dollar itirdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Google"un ana şirkəti 477 milyard dollar itirdi xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bunu "Nasdaq" birjasındakı hərrac məlumatları göstərir.

Bakı vaxtı ilə saat 20:30-a olan məlumata görə, şirkətin bazar kapitallaşması əvvəlki gün qeydə alınan 3,936 trilyon dollarla müqayisədə 3,459 trilyon dollar təşkil edib.

Bu vaxta qədər "Alphabet"in səhmləri 12,07 % ucuzlaşaraq bir səhm üçün 283,04 dollara düşüb.

Səhmlərin qiymətindəki eniş "Google"un 2026-cı ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqlamasından sonra baş verib. Hələ əsas hərraclar başlamazdan əvvəl şirkətin səhmləri 10 %-dən çox dəyər itirirdi.

"Bloomberg"in məlumatına görə, "Google"un baş kommersiya direktoru Filipp Şindler bildirib ki, süni intellektin "AI Mode" rejiminin artan populyarlığı şirkətin maliyyə nəticələrinə mənfi təsir göstərib.

Şirkətin rüblük gəliri 111,2 milyard dollar təşkil edib ki, bu da analitiklərin gözləntilərindən aşağıdır. "YouTube"un reklam gəlirləri də proqnozları doğrultmayaraq 11,2 milyard dollar olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑