Dünya · Trend.az

Kolumbiyada qızıl mədəni çöküb, ölənlər var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kolumbiyada qızıl mədəni çöküb, ölənlər var xəbəri üçün şəkil

Bakı. Trend:

Kolumbiyanın cənub-qərbində yerləşən qanunsuz qızıl mədəni çöküb, nəticədə 9 nəfər ölüb.

Bu barədə Narino Departamentinin Sülh və İnsan Hüquqları katibi Aleks Qonsales “Caracol” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, mədənin çökməsi nəticəsində bir neçə işçi dağıntılar altında qalıb. Çətin relyef və təhlükəsizlik problemlərinə baxmayaraq, ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.

Telekanalın məlumatına görə, ölənlərin sayının 12-15 nəfərə çatacağı ehtimal olunur.

Hadisə Narino departamentinin Santa Barbara bələdiyyəsində yerləşən qanunsuz qızıl mədənində baş verib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑