Dünya · Azxeber.com

ABŞ-də məsciddə atışma baş verib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-də məsciddə atışma baş verib xəbəri üçün şəkil
ABŞ-nin Ohayo ştatının Kolambus şəhərindəki məscidlərdən birində atışma baş verib.
Bu barədə ABŞ-nin Spirtli içkilər, Tütün, Odlu Silah və Partlayıcı Maddələrin Dövriyyəsinə Nəzarət Bürosunun (ATF) Kolambus şöbəsi özünün "X" sosial şəbəkə hesabında bildirib.
Yerli WBNS telekanalının verdiyi məlumata görə, atışma yerli vaxtla saat 14:10-da (Bakı vaxtı ilə saat 22:10-da) baş verib. İnsident nəticəsində azı bir nəfər həlak olub, daha bir nəfər isə yaralanıb. Yaralanan şəxsin səhhəti barədə hələlik ətraflı məlumat verilmir.
Polis hüquq-mühafizə orqanlarının ilkin ehtimalına görə, baş verən hadisə məscidə qarşı məqsədli şəkildə həyata keçirilmiş hücum hesab edilmir.   ///oxu.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑