Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının siyasətinin Qərb sivilizasiyasını dağıtmağa və amerikalıların vəsaitlərini müsadirə etməyə yönəldiyini iddia edib.
Amerika lideri bu fikirləri Kanzas ştatında tərəfdarları qarşısında çıxışı zamanı səsləndirib.
“Demokratların proqramı Qərb sivilizasiyasını məhv etmək planıdır. Onlar sərhədləri açmaq, elektrik stansiyalarını bağlamaq, cinayətkarları azadlığa buraxmaq, uşaqlarınızı transgenderə çevirmək, pullarınızı müsadirə etmək, Amerika bayrağını təhqir etmək istəyirlər”, – deyə Tramp bildirib.
Çıxışı zamanı ABŞ Prezidenti siyasi rəqiblərini “dumocrats” adlandırıb. Bu ifadə ingilis dilində “küt” mənasını verən “dumb” və “demokratlar” mənasını daşıyan “Democrats” sözlərinin birləşməsindən yaranıb.
Tramp bu cür siyasətin həyata keçirilməsinə imkan verməyəcəyini vurğulayıb.





